<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>406</hymn_number>
<title>Dayanıbdır Hakim qapı ağzında İL406</title>
<lyrics>[V1]
 Dayanıbdır Hakim qapı ağzında,
 Şikayət etməyək bir-birimizdən.
 Qaldır gözlərini sən İsaya bax -
 Çarmıxda yalvarır: «Ata, bağışla,
 Zira nə etdiyin anlamır onlar».

[C1]
   Baxın o müqəddəs uca Tanrıya,
   Baxın o çarmıxda tökülən Qana.
   Baxın üzündəki iztirablara
   Məhəbbət aparıb Onu o dağa.

[V2]
 Allah bu dünyanı bil, elə sevdi,
 Öz vahid Oğlunu O, qurban verdi.
 Özünü qul kimi yerə endirdi,
 Səni də, məni də O, azad etdi,
 Əbədi həyatı, sülhü vəd etdi.

[C2]
   Ucuz tutma Rəbbin bol məhəbbətin,
   Göylərdən verilən o mərhəmətin.
   Günahın əvəzi ölümdür, ölüm
   Onun da əvəzin Rəbb artıq vermiş,
   Qayğıdan, lənətdən O, azad etmiş.

[V3]
 Dayanıbdır Hakim qapı ağzında,
 Şikayət etməyək bir - birimizdən.
 Şükranlıqlar çıxsın qoy dilimizdən,
 Budur saf, müqəddəs ibadətimiz,
 Gəlin sınamayaq daha Rəbbi biz.</lyrics>
</song>